Şirkət haqqında

HAQQIMIZDA
“Karabakh Group” müvafiq sahədə uzun illər təcrübə qazanmış yüksək səviyyəli əməkdaşlardan təşkil olunmuş tikinti şirkətdir. Həyata keçirdiyi layihələrdə ən müasir tikinti texnologiyalarının tətbiqi, mütəxəssis kollektivin ortaya qoyduğu təcrübə və həll yolları şirkətin ölkənin tikinti sahəsində ön sıralarda yer alması üçün möhkəm zəmin yaratmışdır. Mütəxəssilərimiz üzərində iş apardığı tikinti layihələrində dünya tikinti texnologiyaları sahəsində tətbiq olunan ən müasir texnoloji vasitələrdən istifadə etməkdədirlər.


NİYƏ MƏHZ “KARABAKH GROUP”?
Müasir Azərbaycanın tikinti sahəsində özünəməxsus yer tutan “Karabakh Group”, bu sahədə fəaliyyət göstərən digər şirkətlərə rəqib deyil, həmkar kimi yanaşır. Həmçinin şirkət həyata keçirdiyi tikinti layihələrin sifarişçilərini “müştəri” kimi deyil, “tərəfdaş” kimi görür. Buna görə də, öz tərəfdaşlarının bizneslərinin inkişafı, dayanıqlığı, etibarlılığı “Karabakh Group”üçün böyük əhəmiyyət daşıyır. Qeyd olunanlardan irəli gələrək şirkət 5 əsas korporativ dəyərə sahibdir:
  • PROFESSİONALLIQ;
    “Karabakh Group” gördüyü işin mütəxəssisidir və mütəxəssis olduğu işləri həyata keçirir.
  • OPERATİVLİK;
    “Karabakh Group” daim çatışmayan zamana özünün operativ və effektiv iş icraatı ilə qənaət edir, çünki bu, həyatda ən dəyərli resursdur.
  • MÜŞTƏRİ YÖNÜMLÜYÜ;
    “Karabakh Group” layihə sahiblərinə “xeyr” söyləmir, seçim təklif edir!
  • KOLLEKTİV ÇALIŞMA;
    “Karabakh Group” kollektivi iş icraatında çevik həll yolları üzrə tapşırıqları yerinə yetirir.
  • TƏRƏFDAŞLIQ;
    Bizim rəqabət üzərində qurulmuş iş prinsipimiz yoxdur, bizim biznes üzrə tərəfdaşlığımız var.

Siz öz tikinti layihələriniz üçün “Karabakh Group” u seçərək vaxtınıza, layihə üçün ayırdığınız maliyyə vəsaitinə qənaət edər, professional layihələndirmə və yüksək səviyyəli iş icraatını əldə etmiş olarsınız.
 
Bizim üçün tərəfdaşlarımızın etimadı bütün uğurların təməlidir.

İndividual qiymət təklifinə ehtiyacınız var?
Bir kliklə WhatsApp üzərindən qiymət təklifi alın

Qiymət təklifi al

© 2021 Karabakh Group LLC

Bütün hüquqları qorunur. Saytda istifadə olunan dizayn, o cümlədən yazılar, şəkillər və videolar Karabakh Group LLC şirkətinin yazılı icazəsi olmadan və istinad verilmədən paylaşılması qadağandır. Müəllif hüquqları müvafiq qanunvericiliyə əsasən qorunur. Saytın hazırlanması - OKmedia