Bizə yazın

Karnizlərin, sütunların, fasadın, pəncərə və qapı kənarlarının suvanması

Karnizlərə şablonlar vasitəsi ilə suvaq çəkilir. Şablon damüstü polad vərəqlərə örtülmüş profili taxtadan, xizəkdən, xizək yönləndiricisindən və çap dayaqdan ibarətdir. Karnizi dəqiq çəkmək üçün şablon divara və taraz vasitəsi ilə bərkidilmiş xətkeşlər üzrə hərəkət etdirilir. Karnizlərə suvaq sadə məhlulla çəkilir. Üzərinə dekorativ məhlullardan suvaq çəkilən karnizin 1.0-1.5 sm qalınlığında xüsusi rəngli üz təbəqəsi olur. Otağın daxilində hazır gips karnizlərindən istifadə olunur. Gips karnizləri iş yerində və emalatxanalarda hazırlana bilər. Belə karnizlərin hissələrini gips məhlulu ilə yerinə  qoyurlar.  Dekorativ suvaq məhlulları adi suvaqdan baha olduğu üçün fasadlara suvaq çəkdikdə bu məhlulları bilavasitə səthə deyil, qabaqcadan adi məhluldan düzəldilmiş hazırlıq təbəqəsinə çəkirlər. Hazırlıq təbəqəsinin qalınlığı 2 mm-dir.  Dekorativ üz təbəqəsi mayaksız çəkilir. Fasadı suvadıqda dekorativ  məhlullardan, taxta bəndlərdən istifadə olunur. Fasad üçün məhlul quru suvaq qarışdırıcılardan, məsələn gips əhəng, qum sement və s-dan ibarətdir.

Need individual price?
Get a price offer in WhatsApp with a single click

Price offer

© 2022 Karabakh Group LLC

All rights reserved. The design of the site including articles, images and videos, cannot be transmitted without written permission and reference of Karabakh Group LLC. All rights reserved. Site by - OKmedia