Bizə yazın

Rəngsazlıq işlərində əsas təhlükəsizlik qaydaları

Turşularla işlədikdə yanıq əmələ gəlməsinə qarşı təhlükəsizlik tədbirlərinə riayət edilməli , gözlüklü respiratorlardan, rezin əlcək və uzunboğaz çəkmələrdən istifadə edilməlidir.  Suvanmış səthə nahamarlıq vermək üçün onu elektrik və pnevmatik alətlərlə, habelə qumvuran aparatlarla işləyirlər.  İşin həcmi kiçik olduqda isə bunu əl ilə edirlər. Divarı belə emal etdikdə divardan qəlpələr qopulduğu üçün fəhlələri metal torlu qoruyucu gözlüklərlə təchiz edirlər. Qumvuran aparatı ucluqla işlətdikdə çoxlu toz əmələ gəldiyindən əməliyyat aparan adam maskalı papaq, respirator və toz keçirməyən paltar geyinməlidir.  Suvaq işləri mexaniki üsulla aparıldıqda hər növbədən əvvəl bütün avadanlıqların: məhlul  nasoslarının, sement-topun, o cümlədən onların monumentlərinin və qoruyucu klapanlarının sazlığı yoxlanılmalıdır. Məhlul nasosu işə salınmazdan qabaq 15 atm təziqiylə sınaqdan keçirilməli, sınaqdan sonra isə mexanik bu barədə akt tərtib etməlidir.  Hazırda suvağı açıq kürəklərdə qurutmağa icazə verilmir, bu karbon 2 -oksidlə zəhərlənmə təhlükəsi əmələ gətirir. Divar və tavan suvağının ayrı-ayrı nəm yerlərini qurutmaq üçün elektrik spiral ilə qızdırılan panellər tətbiq olunur. Panellərdən istifadə edərkən elektrik spiralının qırılmasına yol verilməməlidir, bu zaman elektrik vurmasından mühafizə məqsədi ilə onların qısaqapanma olmaması (spirallar arasında) üçün qoruyucu lövhəcik-qalpaqlardan istifadə edilməli və cəryan vurması ehtimalına qarşı yanlardan hasar qurulmalıdır.

izolyasiya işləri, izolyasiya,loft, neoklassika, mebel dizaynı, klasika, ev temiri, menzil temiri, mənzil təmiri, ev təmiri
rəngsazlıq, karabakh group, qarabağ qrup, izolyasiya işləri, izolyasiya,loft, neoklassika, mebel dizaynı

Need individual price?
Get a price offer in WhatsApp with a single click

Price offer

© 2022 Karabakh Group LLC

All rights reserved. The design of the site including articles, images and videos, cannot be transmitted without written permission and reference of Karabakh Group LLC. All rights reserved. Site by - OKmedia