Bizə yazın

Tikintidə fərdi mühafizə vasitələri

Bütün Bədənin Mühafizəsi Yanğınla bağlı riskə məruz qalmaq təhlükəsi yarandıqda yanğından qorunmaq üçün kombinezon geyinmək lazımdır. Karbohidrogen emalı mühitində işləyən operatorlar və texniklər üçün oda davamlı ənənəvi kombinezonlar müəyyənləşdirilmişdir. Yanğın riski xeyli dərəcədə aşağı olan iş mühitində çalışan operatorlar və başqaları üçün gec alışan kombinezonlar məqbul hesab edilə bilər. Yanğınla bağlı risklərin az və ya tamamilə olmadığı iş mühitində 100% pambıq kombinezonlardan istifadə edilməlidir. Bədənin mühafizəsi üçün istifadə edilən geyimlərdə əksetdirici zolaqların olması mütləqdir.   Başın MühafizəsiAşağıda göstərilmiş hallarda işçilər təhlükəsizlik dəbilqələri taxmalıdır. Bərk külək əsəndə və yüksəklikdə iş zamanı çənəaltı qayışlardan istifadə etmək zəruridir.
  • Tikinti işləri yerinə yetirəndə,
  • Baş üzərində təhlükələr olan və ya ehtimal olunan yerlərdə,
  • Göstərilən yerlərdən kənarda sökmə və torpaq işləri yerinə yetirilərkən və ya baş üzərində işlər görülərkən.
Ümumi təyinatlı dəbilqələr EN 397 standartının texniki tələblərinə cavab verməlidir və plastik materialdan hazırlanmalıdır, həmçinin çənəaltı qayışlara malik olmalıdır. Alliminium və metal dəbilqələrdən istifadə edilməsinə heç bir halda icazə verilmir. Dəbilqələrin taxılması məqsədə uyğun hesab edilməyən qapalı sahələrdə başı zərbələrdən qoruyan digər başı mühafizə edən vasitələrindən istifadə edilməsinə icazə verilir.
 
Ayaqların Mühafizəsi
Göstərilən zonalarda həmişə təsdiq olunmuş təhlükəsizlik çəkmələrindən istifadə edilməlidir. Aşagıdakı sahələrdə bütün işlər yerinə yetirilərkən polad ucluqlu boğazlı çəkmələrdən istifadə olunmalıdır:
  • İstehsalat sahələrində
  • Terminallarda
  • Tikinti – inşaat sahələrində
  • Düşən və ya diyirlənən əşyalardan, və ya iti əşyaların üstünə çıxmaqdan ayaqlara xəsarət törənə biləcəyi yerlərdə.
Ümumi təyinatlı boğazlı çəkmələr BS EN 20345 standartının texniki tələblərinə cavab verməlidir. Qazma qurğuları üçün nəzərdə tutulmuş boğazlı çəkmələrdən ümumi təyinatlı işləri yerinə yetirərkən istifadə olunmalıdır. Layihənin rəhbərliyi sənayedə istifadə olunan digər növ mühafizə çəkmələrindən istifadə olunmasına icazə verə bilər. Kimyəvi maddələrə davamlı boğazlı çəkmələr BS EN 943 standartının texniki tələblərinə cavab verməlidir. Boğazlı çəkmələrin altlıqları yaş və yağlı səthlərdə sürüşməni azaltmalıdır. Çöl tərəfdən polad ucluğu olan boğazlı çəkmələrdən istifadə olunmamalıdır. Zədə nəticəsində boğazlı çəkmələrin polad ucluğu görünərsə və ya altlığı sürtünərək hamarlaşarsa onlar əvəz edilməlidir. İş çəkmələri sürüşməyə qarşı müqavimətli olmalıdır. Aşağıda göstərilən kodlar üzərində göstərilmiş ayaqqabılar müvafiq testdən keçmişdir:
  • SRA – Üzərinə sabunlu məhlul tökülmüş ceramik döşəmədə test olunmuşdur;
  • SRB – Qliserinli metal səthdə test olunmuşdur;
  • SRC – Üstdə göstərilmiş hər iki hal üçün test olunmuşdur.
karabakh group, karabakh, tikinti-təmir, təmir, tikinti, interyer dizayn, eksteryer dizayn, exteryer, exteryer dizayn, layihələndirmə, dəmir-beton, dəmir, beton, hörgü, daxili təmir işləri, usta, suvaq

Need individual price?
Get a price offer in WhatsApp with a single click

Price offer

© 2022 Karabakh Group LLC

All rights reserved. The design of the site including articles, images and videos, cannot be transmitted without written permission and reference of Karabakh Group LLC. All rights reserved. Site by - OKmedia