Bizə yazın

Alçıpan ilə arakəsmə divarların quraşdırılması qaydaları

Alçıpan ilə arakəsmə divarların quraşdırılması qaydalarını sizə təqdim edirik.
1. Divarın yerləşməsi
Öncəliklə, divar yığılacaq yerin səthi qaşınmalı və təmiz süpürülməlidir. Hazırlıq işləri görüldükdən sonra divarın yerləşmə nöqtələri layihəyə uyğun təyin olunur, boyalı iplə yer səthinə köçürülməlidir. 
Bundan sonra U profilinin xətti tavana, lazer vasitəsi ilə köçürülməli və oraya bərkidilməlidir. 
2. U profilləri layihədəki uzunluğa uyğun kəsilməlidir. 
C profilləri isə (rahat montaj üçün) iki U profili arasındakı məsafədə n 10 mm qısa kəsilməlidir. Yaxşı olar ki, profillərin hər iki növü eyni istehsalçıdan olsun. 
3. Özü yapışan akustik band
Alçıpan arakəsmə divarlarının çərçivəsini təşkil edən divar U və divar C profillərinin strukturla təmasda olan arxa üzvlərinə səs izolasiyası məqsədilə band yapışdırılmalı və ya akustik məcun tətbiq edilməlidir. 
4. Profil məsafəsi 
C profilləri divarın hündürlüyündən 10 mm qısa kəsimli və aralarındakı məsafə ən çox 60 sm olmaq şərti ilə hazırlanır. (Divar yüksəkliyi, yük daşıma kimi faktorlar səbəbi ilə 40 və ya 30 sm-ə qədər azaldılmaldır). U profillərin içərisinə montaj lazımdır. 
5. U profillər yerə və tavana düpel-şurupla bərkidilir. Düpel şruplar arasındakı məsafə 50-60 sm olmalıdır, C profillər araslndakı məsafə isə maksimum 60 sm ola bilər. 
C profillərin yekun bərkidilməsi, birbaşa alçıpan lövhələrin vurulmasından öncə yerinə yetirilməlidir. C profilinin yüksəkliyi çatmadığı hallarda, profillər bir-birinə keçirilərək (calaq edilərək) uzadılmalıdır. Calaq məsafəsi 50-lik profillərdə ümumi 100 sm, 75-lik profillərdə isə ümumi 150 sm olmalıdır.
6. Qapı boşluqları
Qapı ətrafı C profillərinin içinə möhkəmlik üçün əlavə qutu profillər montaj olunur. 
7. Qapı üstü atma
Qapı üstü atma qapı boşluğundan 30 sm uzun olmalıdır ki, artıq qalan hissələr qatlanaraq, yan C profillərə pərçim olunsun. Atmanın içinə əlavə olaraq qutu profil atılmalı və hər iki tərəfdən daşıyıcı profillərə qaynaq olunmalıdır. 
Qapı boşluqlarının kənarlarında alçıpan lövhələrində dərz yaradılmamalı, ən azından 15 sm içəri doğru sürüşdürülməlidir. 
8. Şuruplar arası məsafə 25 sm-dən çox olmamalıdır. 2 qat alçıpan tətbiq olunarsa şurup arası məsafə birinci qat üçün 50 sm, ikinci qat üçün isə maksimum 25 sm nəzərdə tutulmalıdır. Şuruplar alçıpan lövhəsinin kənarından 1 sm aralı və lövhənin səthindən 1 mm içəri batacaq şəkildə vurulmalıdır.

Need individual price?
Get a price offer in WhatsApp with a single click

Price offer

© 2022 Karabakh Group LLC

All rights reserved. The design of the site including articles, images and videos, cannot be transmitted without written permission and reference of Karabakh Group LLC. All rights reserved. Site by - OKmedia