Bizə yazın

Tikintidə ilk yardım qaydaları

Bugün sizə ilk yardım və ilk tibbi yardım fərqi haqqında məlumat verəcəyik.  Məişətdə ümumi bir anlayış olaraq, ilk yardım ilə təcili tibbi yardım ifadələri bir-birinin yerinə istifadə edilməkdədir. Təcili tibbi yardım tibb işçisi tərəfindən lazımı cihazlarla tibbi yardımı əhatə etdiyi halda, ilk yardım bu mövzuda təlim almış insanlar tərəfindən hadisə yerində olan mövcud vasitələrdən istifadə edilməklə görülən tədbirlərdən ibarətdir, çünki ilk yardım təlimi keçməmiş insanların bu fəaliyyətləri yerinə yetirmələri acı nəticələrə gətirib çıxara bilər. İlk yardım – Hadisə yerində tibb işçilərinin yardımına qədər həyatın xilas edilməsi və ya vəziyyətin pisləşməsinin qarşısının alınması məqsədilə hadisə yerində yerinə yetirilən dərmansız yardımdır. Təcili yardım – Xəstəyə, yaralılara həkim və tibb işçisi tərəfindən göstərilən tibbi yardımdır.
  • İlk yardımın əsas məqsədləri Həyatı təhlükələrin aradan qaldırlması;
  • Həyatı funksiyaların davam etməsinin təmin olunması;
  • Xəstənin, yaralının vəziyyətinin pisləşməsinin qarşısının alınması;
 Yaxşılaşmanın normalaşdırılması.İlk yardımın əsas tədbirləri
  • Qorumaq,
  • Məlumat vermək,
  • Xilas etmək (QMX) olaraq ifadə edilir.İlk yardımın əsas tədbirləri – Qorumaq
Qəza nəticələrinin ağırlaşmasının qarşısını almaq üçün hadisə yerinin qiymətləndirilməsini ifadə edir. Burada ən vacib iş hadisə yerində təhlükələri aşkar edərək vəziyyəti düzgün qiymətləndirməklə etibarlı bir mühit yaratmaqdır. İlk yardımın əsas tədbirləri - Məlumat vermək Hadisə barəsində mümkün olduğu qədər tez bir zamanda aidiyyatı yardım bölmələrinə məlumat vermək lazımdır. Azərbaycan Respublikasında ilk tibbi yardım xidməti 103 nömrəsinə zəng edilərək, iş yerlərində isə həkim çağrılaraq həyata keçirilir (əgər varsa). İlk yardımın əsas tədbirləri - Xilas etmək (Müdaxilə) Hadisə yerində xəstəyə düzgün və sürətli, ancaq sakit, təmkinli şəkildə yardım göstərilməlidir.


tikinti, interyer dizayn, eksteryer dizayn, exteryer, exteryer dizayn, layihələndirmə, dəmir-beton, dəmir, beton, hörgü, daxili təmir işləri, usta, suvaq, qazıntı və infrastruktur işləri, infrastruktur işləri, qazıntı işləri, dam örtüyü işləri, dam örtüyü

İndividual qiymət təklifinə ehtiyacınız var?
Bir kliklə WhatsApp üzərindən qiymət təklifi alın

Qiymət təklifi al

© 2022 Karabakh Group LLC

Bütün hüquqları qorunur. Saytda istifadə olunan dizayn, o cümlədən yazılar, şəkillər və videolar Karabakh Group LLC şirkətinin yazılı icazəsi olmadan və istinad verilmədən paylaşılması qadağandır. Müəllif hüquqları müvafiq qanunvericiliyə əsasən qorunur. Saytın hazırlanması - OKmedia