Dekorativ suvaqlar üç yerə bölünür: əhəng-qum suvağı, terrazit və daş suvaqlar. Rəngli əhəng-qum suvağı 2-3 mm qalınlıqda sıçratma təbəqəsindən və bəzək təbəqəsindən ibarətdir. Rəngli əhəng-qum suvaqlarının səthi plastik məhlul üzrə, sıçratma təbəqəsi üzrə və özünü tutmağa başlayan məhlul üzrə emal edildikdə dənəli kələ-kötür səth alınır. Belə emal edilmiş suvaq səthlərində çaydaşı, qum təpələri şəkilli suvaqları göstərmək olar. Əhəng-qum suvağı kərpic səthlərə vurulur. Aşağı materiallı səthlərə (məsələn, yüngül beton, tuf, kerdminq bloklu) əhəng qum suvağı çəkilir. Ağır beton səthlərə bu üsulu işlətmək olmaz. Nazik sıçratma üz təbəqəsi sotna, süpürgə tor vasitəsilə mexaniki üsulla çəkilir. Bu xırdalanmış faktura olmaq üçün sonradan sıçratma üsulu tətbiq olunur. Nisbətən iri dənəli suvaq fakturası almaq üçün süpürgədən sıçratma üsulu işlədilir. Dekorativ suvağın üz təbəqəsi əl ilə çətin emal olunduğu üçün mexaniki üsuldan istifadə olunur. Bundan əlavə, səth diyircək və ştamplama yolu ilə də emal edilir. Əhəng-qum suvağının tərkibi bunlardır: sement, əhəng xəmiri, kvars qumu, quru rənglər. İnşaatda ən çox işlədilən dekorativ suvaqlardan biri də terrazit suvaqıdır. Tərkibində slüda qatmaqla ona parıltı verilər. Terraziti tikintiyə quru halda gətirirlər.Terrazit suvağının bəzək təbəqəsinin qalınlığı 8-15 mm və daha çox ola bilər. Terrazit suvağı bəzək təbəqəsinin emalı məhlul tutmağa başladıqdan sonra, yəni sürtülmədən 2-4 saat sonra başlanır. Terrazit suvağı darağa yapışmırsa, yəni əzilmirsə, qum və iri qırıntılar suvaq təbəqəsindən asanlıqla ayrılırsa, belə məhlul təbəqəsi emal edimək üçün hazır hesab olunur. Terrazit suvağı emal etmək üçün müxtəlif üsullar vardır. Bu üsullardan ən çox işlədiləni daraqlarla və mıxlı şotkalarla suvağı emal etməkdir və bu halda suvağın üzərində bir bərabərlikdə kələ-kötür faktura olur.Daraqlar və mıxlı şotkalarla suvağı emal etdikdə onun üzündən nazik bir təbəqə götürülür və dekorativ doldurucu dənələrinin üzü açılır, bununla da bəzək təbəqəsinə müxtəlif rənglər verilir. Alınan fakturanın görünüşü emal edən alətin növündən və doldurucuların iriliyindən aslıdır. Darağın dişi iri olduqca suvağın üzü daha kələ-kötür olur.
Xırdadənəli məhlulların səthi daraqla, iri dənəlilərinki isə mıxla şotkalarda emal edilir. Daşaoxşar faktura almaq üçün səthi yumaq lazımdır. Üz qatı çəkildikdən sonra (20-30 dəqiqə) səthi su cəryanı -boyaq pultu vastəsilə sement yuyulur və daş qırıntıları qabarıq görünür. Səthi emal edildikdə tozdan qorunmaq üçün qoruyucu eynəkdən istifadə olunur.
