Bizə yazın

Xudafərin körpüsü

Ecazkar memarlıq nümunələri olan hər iki körpü orta əsr Azərbaycan inşaatçılarının yüksək sənətkarlığından xəbər verir. On beş aşırımlı körpüdə milli Azərbaycan memarlığında geniş yayılmış qarışıq hörgü – kərpic və daş hörgü üsulundan məharətlə istifadə olunub. Dayaqları təbii özüllər — qayalar üzərində ucaldıldığından Xudafərin körpüləri tarixin tufanlarına uzun müddət tab gətirə bilib. Bişmiş kərpicdən və çay daşından tikilən on beş aşırımlı körpünün uzunluğu 200 metrə yaxın, eni 4,5 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir və XII əsrin abidəsi sayılır. Bundan təxminən 750 metr aralıda tikilmiş ikinci Xudafərin körpüsü isə on bir aşırımlıdır. Bütünlüklə daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənmiş bu körpünün XIII əsrdə, Elxanilər dövründə inşa olunduğu güman edilir. Vaxtı ilə uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metr olan on bir aşırımlı körpüdən dövrümüzə salamat qalmış yalnız üç aşırımı gəlib çatıb.

karabakh group, karabakh, tikinti-təmir, təmir, tikinti, interyer dizayn, eksteryer dizayn, exteryer, exteryer dizayn, layihələndirmə, dəmir-beton, dəmir, beton, hörgü, daxili təmir işləri, usta, suvaq, qazıntı və infrastruktur işləri, infrastruktur işləri, 
xudafərin körpüsü, izolasiya, hörgü

İndividual qiymət təklifinə ehtiyacınız var?
Bir kliklə WhatsApp üzərindən qiymət təklifi alın

Qiymət təklifi al

© 2022 Karabakh Group LLC

Bütün hüquqları qorunur. Saytda istifadə olunan dizayn, o cümlədən yazılar, şəkillər və videolar Karabakh Group LLC şirkətinin yazılı icazəsi olmadan və istinad verilmədən paylaşılması qadağandır. Müəllif hüquqları müvafiq qanunvericiliyə əsasən qorunur. Saytın hazırlanması - OKmedia