Knauf şirkəti Almaniyada DİN 18550 və Rusiyanın CП 71.13330.2017 standartlarını əsas götürürək hazırladığı Q1-Q4 keyfiyyət sistemini təqdim edir. Q1-Q4 keyfiyyət sistemi nədir ? Müxtəlif növ son bitiş örtüklərindən asılı olaraq səthin keyfiyyətinin hazırlanması və qiymətləndirilməsi üçün tövsiyələr sistemidir. Sistem Q1, Q2, Q3, Q4 Sistem Q1-Q4, səthin dekorativ xüsusiyyətlərinə və icazə verilən / icazə verilməyən sapmalara olan tələblərinə bölünür.
Q1 üçün tələblər :
- 2 poqon metrə 3 mm-lik şaquli sapmalar,
- Səthdə görünən dəliklər, cızıqlar, sürtünmə izləri və alət izləri (dərinliyi 3 mm-ə qədər)
- Yan işıqdan düşən kölgələr
Son səth variantları :
• Keramika kafel
• 2 mm-dən fraksiyası çox olan dekorativ suvaq
• Yapışqan üzərində dekorativ elementlərlə üzlənmə
Q2 üçün tələblər :
• 2 poqon metrə 2 mm-lik şaquli sapmalar,
• Səth də görünən dəliklər, cızıqlar, sürtünmə izləri və alət izləri (dərinliyi 1 mm-ə qədər)
• Yan işıqdan düşən kölgələr
Son səth variantları :
• Strukturlu divar kağızı
• Maye divar kağı
• Ağır vinil divar kağı
• Teksturlu bo
• 1 mm-dən fraksiyası çox olan dekorativ suvaq
Q3 üçün tələblər
• 2 poqon metrə 1 mm-lik şaquli sapmalar,
• Səthdə görünən dəliklər, cızıqlar, sürtünmə izləri və alət izləri (dərinliyi 0.3 mm-ə qədər)
• Yan işıqdan düşən kölgələr (Q2 ilə müqayisədə daha az)
Son səth variantları :
• Mat boya
• İncə divar kağızları
• 1 mm-dən fraksiyası az olan dekorativ suvaq
Q4 üçün tələblər : Qəbul olunmur!
• -Səthdə görünən dəliklər, cızıqlar, sürtünmə izləri və alət izləri
• Yan işıqdan düşən kölgələr
Son səth variantları :
• Yarımparlaq boya
• Lak örtükləri
• Metal divar kağızı
