Bizə yazın

Füzuli

Ümumi uzunluğu 37,70 m, eni isə 23,67 metrə çatan bu karvansaranın plan və memarlıq həlli mərkəzdən keçən oxa simmetrik həll olunaraq ümumi konstruksiyaya tabe edilmişdir. Onun həcm-məkan həllinə də xüsusi diqqət yetirildiyi açıqca hiss olunur. Ümumi şəkildə baxdıqda karvansara kompozisiyası bütöv bir orqanizm kimi baxılır. Burada hər bir otağın öz funksiyası var. Planda düzbucaqlı şəkildə həll olunmuş karvansara iki böyük ölçülü dəvəlikdən (zal), girişin sağ və sol tərəflərində gözətçilər üçün iki kiçik otaqdan, baş tərəfində isə karvansara sahibi və tacirlər üçün altı ədəd kvadrat şəkilli otaqlardan ibarətdir. Otaqların qapıları çox da böyük olmayan eyvana açılır. Həmin eyvanı mütənasib "qamətli" iki daş sütun və onları yuxarıdan tamamlayan yarımdairə şəkilli üç ədəd tağbənd bəzəyir. Sütunlar arasında yerləşdirilmiş daş pilləkənlər ümumi Həyətlə eyvan arasında əlaqə yaradır. Karvansaranın bütün bağlı otaqları sağ, sol və arxa tərəflərində yerləşdirildiyindən onun mərkəzində üstüaçıq şəkilli geniş həyət yaranır, bu da isti aylarda elə buradaca karvanların təhlükəsiz gecələməsinə imkan verir. Girişin sağ və sol tərəflərindəki gözətçi otaqları qarşısında torpağa batmış iki böyük sal daş diqqəti cəlb edir. Deyilənə görə gözətçilər həmin daşlar üstündə dayanaraq karvansaraya daxil olan karvanların yüklərinə baxarlarmış. Çox təəssüf ki, sonralar karvansara önündən keçən şosse yolunun çəkilişi zamanı onun səviyyəsi xeyli qaldırıldığından yaxınlıqdakı yamaclardan axan sel suları karvansaranı basmış və nəticədə nəinki giriş, hətta bütün karvansara həyəti lil çöküntüləri altında qalmışdır. Bundan fərqli olaraq, karvansaranın yanındakı təpənin üstündə tikilmiş məscid binası çox yaxşı qalmışdır. Karvansaranın dəvələr saxlanılan hər iki zalında xüsusi kanalizasiya xətləri mövcuddur. Bu da onu bir daha sübut edir ki, Qarabağ memarlığında kanalizasiya məsələlərinə hələ çox qədimdən xüsusi diqqət yetirilmişdir. Ümumiyyətlə, Qarğabazar karvansarasının memarlıq həlli Qarabağın Alban dövrünə məxsus olan memarlıq ənənələrini yada salır. Memarlıq üslubuna görə Qarğabazar karvansarası Alban dövrü memarlıq ənənələrinin oxşarıdır.

karabakh group, karabakh, tikinti-təmir, təmir, tikinti, interyer dizayn, eksteryer dizayn, exteryer, exteryer dizayn, layihələndirmə, dəmir-beton, dəmir, beton, hörgü
fizuli, fuzili, karabakh group, qarabağ qrup

İndividual qiymət təklifinə ehtiyacınız var?
Bir kliklə WhatsApp üzərindən qiymət təklifi alın

Qiymət təklifi al

© 2022 Karabakh Group LLC

Bütün hüquqları qorunur. Saytda istifadə olunan dizayn, o cümlədən yazılar, şəkillər və videolar Karabakh Group LLC şirkətinin yazılı icazəsi olmadan və istinad verilmədən paylaşılması qadağandır. Müəllif hüquqları müvafiq qanunvericiliyə əsasən qorunur. Saytın hazırlanması - OKmedia