Bizə yazın

Alçıpan ilə arakəsmə divarların quraşdırılması qaydaları

Alçıpan lövhələrin kəsimi  Alçıpan lövhəsinin, ölçü götürdükdən sonra, qarşı tərəfin kağız örtüyü kəsilir, arxa hissəsindən qatlanıb sındırıldıqdan sonra isə arxa hissəsinin kağızı kəsilir. Kəsimdən sonra qalan qırıntılar hamarlayıcı rəndəylə təmizlənir. Alçıpan lövhələri montaj etməzdən əvvəl və ya montajdan sonra təqribi 22.5 dərəcə olacaq şəkildə süni paxlar hazırlanmalıdır ki, kəsikdə əmələ gələn küt kənarlar bərabər şəkildə doldurulsun və son qatda yarana biləcək çatların qarşısı alınsın.  Alçıpan lövhəsinin montajı (1) Alçıpan lövhələr yeni binaların müəyyən qədər oturması səbəbindən yarana biləcək çatların qarşısını almaq üçün divar hündürlüyündən minimum 10 mm qısa kəsilib montaj olunmalıdır.  Alçıpan lövhəsinin montajı (2)  Alçıpan montajı zamanı lövhələr mütləq şəkildə şahmatvari vurulması,həmçinin digər üzdəki alçıpan lövhələri qurlaşdırılarkən, hər iki tərəfdəki lövhələrin dərzlərinin eyni divar C profilində üst-üstə düşməməsinə diqqət yetirilməlidir.  Alçıpan lövhəsinin montajı (3)  Arakəsmə divarının bir tərəfinin alçıpan quraşdırılması başa çatdıqdan sonra, digər üzün alçıpan qurlaşdırılmasına davam etməzdən əvvəl divar arasında keçən elektrik kabelləri və başqa təchizat işləri bitirilməlidir.  İzolyasiya materialının tətbiqi. Arakəsmə divarların səs izolyasiyası və yanğına davamiyyət dəyərlərini qarşılıya bilməsi üçün divar C profillərinin arasına qalmayacaq şəkildə mineral (daş) yun izolyasiya materialı tətbiq edilməlidir.  Dərz dolğu tətbiqi  Alçıpan dərz dolğu işləri montaj edilən sahədəki nəm və hava dəyişikliyindən yaranacaq genləşmə və büzülmələrin olmayacağı vaxtda edilməli, dərz dolğu işləri bitdikdən sonra sahə birbaşa isidilməlidir.  Dərz dolğu tətbiqindən sonra, aydınlatma və başqa aksesuarlara yer açmaq üçün kəsim və dolğu işləri vaxtı sahəninin  temperaturu  5 °С nin aşağısında olmamalıdır.  İlk qat dərz dolğusu, dərz bandı ilə birlikdə dərzlərin içinə dolacaq şəkildə 10 sm genişlikdə tətbiq edilməlidir.  İki saat sonra ikinci qat dolğu 20 sm genişliyində incə bir təbəqə halında tətbiq edilməli və quruması üçün ən az 30 dəqiqə gözlənilməlidir.  Üçüncü qat dolğu 30 sm genişliyində incə bir təbəqə halında tətbiq olunmalıdır.  Asma tavan tətbiqi  Lahiyədə verilən tavan kodu lazer vasitəsi ilə işarələnir. Tavan TU profilləri (TU28) dübel-şurup vasitəsi ilə divara 60 sm məsafə ilə bərkidilir. A oxu istiqamətində 90 sm məsafə ilə, B oxu istiqamətində daşıyıcı profilin ara məsafəsi qədər (tavan yükü nəzərə alınmaqla 90 və ya 110 sm ) tavanda dübel-şurup yerləri işarələnir. İşarələnən yerlər deşilərək asqı çubuqları tavana bərkidilir.  Tutucu  profillər lazım olan ölçülərə görə kəsilir, klips və asqı maşası vasitəsilə daşıyıcı profillərə bərkidilir. Asqı çubuğunun artıq hissəsi bükülməlidir.  30 sm məsafə ilə alçıpan lövhələr tutucu profillərə şuruplanmalıdır. Yan-yana düşən alçıpan lövhələr mütləq şəkildə şahmatvari vurulmalıdır. Səs və yanğın davamiyyəti tələb olunan tavanlarda daş yunu istifadə olunur.

suvaq, qazıntı və infrastruktur işləri, infrastruktur işləri, qazıntı işləri, dam örtüyü işləri, dam örtüyü, metal konstruksiya işləri, metal konstruksiya, izolyasiya işləri, izolyasiya,loft, neoklassika, mebel dizaynı, klasika, ev temiri, menzil temiri, mənzil təmiri, ev təmiri
karabakh group, karabakh, alçıpan,alçipan qazıntı işləri, dam örtüyü işləri, dam örtüyü

İndividual qiymət təklifinə ehtiyacınız var?
Bir kliklə WhatsApp üzərindən qiymət təklifi alın

Qiymət təklifi al

© 2022 Karabakh Group LLC

Bütün hüquqları qorunur. Saytda istifadə olunan dizayn, o cümlədən yazılar, şəkillər və videolar Karabakh Group LLC şirkətinin yazılı icazəsi olmadan və istinad verilmədən paylaşılması qadağandır. Müəllif hüquqları müvafiq qanunvericiliyə əsasən qorunur. Saytın hazırlanması - OKmedia