Bizə yazın

“Karabakh Group” inşaat şirkəti sosial media izləyicilərinə Qarabağ turu hədiyyə etdi

Sosial  4.07.2022  419
“Karabakh Group” inşaat şirkəti 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə sosial media izləyicilərinə Qarabağın Ağdam rayonuna səyahət turu hədiyyə edib.

Operativ.24.Az xəbər verir ki, Azərbaycanın milli-mədəni irsinə bağlılıq nümayiş etdirən “Karabakh Group” inşaat şirkəti 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr edilən “Qarabağa gedirik” adlı maraqlı layihə keçirib. Yarışma xarakteri daşıyan layihədə təsadüfi yolla seçilən 10 nəfər qalib rəşadətli ordumuz tərəfindən işğaldan azad edilən Ağdam rayonunu ziyarət ediblər. Bakı-Ağdam-Bakı xətti üzrə təşkil edilən turda iştirakçılar əvvəlcə Xurşidbanu Natəvan xanımın evi və məzarını, sonra Ağdam Şəhidlər Xiyabanında şəhidlərin məzarını ziyarət edib, ruhlarına dualar oxuyub, daha sonra Ağdamın məşhur Cümə məscidində olublar. Tur proqramı sonda Ağdamın Şahbulaq qalasına edilən səfərlə yekunlaşıb. Ekskursiya boyunca iştirakçılar 30 il ərzində mənfur düşmənin tapdağı altında qalmış doğma yurd-yuvamız olan Ağdam rayonunun hazırki durumu ilə tanış olub, müharibə dövrü və sonrasında baş verənlər, soydaşlarımızın erməni vandalları tərəfindən dağıdılmış evlərinin, məzarlarının, tarixi əhəmiyyətli abidələrin, təbiət gözəlliklərinin məhv edilmiş qalıqları, cəsur Azərbaycan xalqının keçdiyi uzun və şərəfli mübarizə yolu barədə dolğun məlumatlar əldə ediblər. Layihənin keçirilməsində məqsəd Silahlı Qüvvələr Gününü yadda qalan etmək və Şanlı Azərbaycan ordusunun canı, qanı bahasına işğaldan azad edilmiş doğma torpaqlarımız, onların tarixi keçmişi haqqında iştirakçıları bir daha məlumatlandırmaq, 44 günlük müharibədən sonra yaşanan qələbə hissini doğma torpaqlarda bir daha dadmaq olub. İştirakçılar tərəfindən maraqla qarşılanan tur xoş təəssüratlara səbəb olub və bu tipli layihələrin davamlı olması istənilib. Qeyd edək ki, “Karabakh Group” inşaat şirkəti tikinti layihələri həyata keçirən, müvafiq sahədə uzun illər təcrübə qazanmış yüksək səviyyəli əməkdaşlardan təşkil olunmuş tikinti şirkətdir. Həyata keçirdiyi layihələrdə ən müasir tikinti texnologiyalarının tətbiqi, mütəxəssis kollektivinin ortaya qoyduğu təcrübə və həll yolları şirkətin ölkənin tikinti sahəsində ön sıralarda yer alması üçün möhkəm zəmin yaratmışdır. Şirkət, həmçinin Qarabağda həyata keçirilən abadlıq, tikinti-quruculuq işlərində aktiv olaraq iştirak edib. Belə ki, hazırda Qarabağ regionunda 2 genişmiqyaslı layihə "Karabakh Group" inşaat şirkəti tərəfindən uğurla tamamlanıb və yeni layihələrin icrası gözlənilir. Bununla yanaşı, şirkət ölkə iqtisadiyyatına öz töhvəsini verən zavod və fabriklərin tikintisini həyata keçirir. Belə zavodlara Xırdalan şəhəri, Sənaye Zonasında “AZZA” QSC-nə məxsus olan Qida fabrikini nümunə göstərmək olar. Digər tərəfdən, şirkət ofis, fərdi yaşayış evlərinin inşası, interyer dizaynını və dövlət əhəmiyyətli layihələrin icrasını da həyata keçirməkdədir. Belə ki, “Karabakh Group” inşaat şirkəri Gəncə şəhərində yerləşən yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, həmçinin “Grand Narimanov” yaşayış kompleksində fərdi yaşayış evlərinin , “Flame Towers”-də (Apartamentlər) fərdi yaşayış evlərinin, “Texnomart” , “Qafqaz Bussines Center” kimi şirkətlərin interyer dizayn işlərini həyata keçirmişdir. Əlavə olaraq. “Amburan Mall”,” Winter Garden”, “Park Cinema (Metro Park)”, “Zest Lifestyle Café”,” Bilgah Estates Villas”, “Knightsbridge Staircase” kimi bir çox ticari obyektlərin təmi-tikinti lahiyələrində iştirak etmişdir “Karabakh Grop” və onun xidmətləri haqqında daha ətraflı məlumatı almaq üçün www.karabalkhgroupllc.com saytına keçid edə, növbəti maraqlı layihələrdən xəbərdar olmaq üçün isə Karabakh Group LLC Facebook və İnstagram səhifələrini izləyə bilərsiniz.
Mənbə Operativ.24.Az 

ağdam, şahbulaq, karabakh group, qarabağ, qarabağ tikinti, tikinti, təmir staraz, interyer
xurşidbanu natəvan, ağdam cümə məçidi, ağdam cümə məscidi yolumuz qarabağa az, yolumuz qarabağa az

ağdam, şahbulaq, karabakh group, qarabağ,xurşidbanu natəvan, ağdam cümə məçidi, ağdam cümə məscidi ağdam, şahbulaq, karabakh group, qarabağ,xurşidbanu natəvan, ağdam cümə məçidi, ağdam cümə məscidi ağdam, şahbulaq, karabakh group, qarabağ,xurşidbanu natəvan, ağdam cümə məçidi, ağdam cümə məscidi ağdam, şahbulaq, karabakh group, qarabağ,xurşidbanu natəvan, ağdam cümə məçidi, ağdam cümə məscidi ağdam, şahbulaq, karabakh group, qarabağ,xurşidbanu natəvan, ağdam cümə məçidi, ağdam cümə məscidi ağdam, şahbulaq, karabakh group, qarabağ,xurşidbanu natəvan, ağdam cümə məçidi, ağdam cümə məscidi ağdam, şahbulaq, karabakh group, qarabağ,xurşidbanu natəvan, ağdam cümə məçidi, ağdam cümə məscidi  ağdam, şahbulaq, karabakh group, qarabağ,xurşidbanu natəvan, ağdam cümə məçidi, ağdam cümə məscidi

İndividual qiymət təklifinə ehtiyacınız var?
Bir kliklə WhatsApp üzərindən qiymət təklifi alın

Qiymət təklifi al

© 2022 Karabakh Group LLC

Bütün hüquqları qorunur. Saytda istifadə olunan dizayn, o cümlədən yazılar, şəkillər və videolar Karabakh Group LLC şirkətinin yazılı icazəsi olmadan və istinad verilmədən paylaşılması qadağandır. Müəllif hüquqları müvafiq qanunvericiliyə əsasən qorunur. Saytın hazırlanması - OKmedia