Bizə yazın

"Gələcəyin İnşaatçıları" lahiyəsindən video görüntülər

"Karabakh Group" inşaat şirkəti "Gələcəyin inşaatçıları" adlı əyləncəli və faydalı layihə ilə uşaqları sevindirib.

"Karabakh group" inşaat şirkəti 1 iyun-Uşaqlar günü münasibətilə sosial media üzərindən keçirilən yarışmada 22 nəfər sosial media izləyəcisinin övladlarına KinderlandBaku əyləncə mərkəzinə bilet hədiyyə edib.

İştirakçılar gün ərzində əyləncə mərkəzində yaradılan biri-birindən fərqli oyunlarla faydalı və əyləncəli zaman keçiriblər. Belə ki, uşaqların hər biri öz maraq və bacarıqlarına uyğun olaraq tibb, bank, arxeologiya, tikinti, incəsənət, media, turizm və s sahələri üzrə ilkin bilgilər əldə edib, hər sahədə real həyati təcrübədən qazanmaq  şansı əldə ediblər.

Layihənin məqsədi gələcəyimiz olan uşaqlara parlaq gələcək formalaşdırmaq üçün onların öz bacarıqlarına uyğun ixtisası öncədən seçməkdə dəstək olmaqdır.

Məlumat üçün qeyd edək ki, layihənin Uşaqlar Günündə keçirilməsi nəzərdə tutulsa da iştirakçılarda yaranan üzrlü səbəblərə bağlı olaraq qalib yarışmacıların rahatlığı üçün ən uyğun zamana ertələndi və hamı üçün ən uyğun zamanda uğurlu tamamlandı,  xoş xatirələrlə yaddaşlarda qaldı.

tikinti, temir, qarabağ qrup, karabakh group, inşaat, ağdam tikinti, şuşa tikinti, şuşa, təmir-tikinti, dizayn, interyer, eksteryer, interyer dizayn, eksteryer dizayn, suvaq, izolasiya, qazıntı

İndividual qiymət təklifinə ehtiyacınız var?
Bir kliklə WhatsApp üzərindən qiymət təklifi alın

Qiymət təklifi al

© 2022 Karabakh Group LLC

Bütün hüquqları qorunur. Saytda istifadə olunan dizayn, o cümlədən yazılar, şəkillər və videolar Karabakh Group LLC şirkətinin yazılı icazəsi olmadan və istinad verilmədən paylaşılması qadağandır. Müəllif hüquqları müvafiq qanunvericiliyə əsasən qorunur. Saytın hazırlanması - OKmedia