Bizə yazın

İnteryer dizayn və 3D modelləşdirmə


Sifarişçidə əyani təsəvvürün yaranması üçün şirkətimizin peşəkar dizaynerləri tərəfindən tikinti layihəsinin interyer dizaynına uyğun olaraq, ən müasir görüntü texologiyalarından sayılan 3D modelləşdirilməsinə dair hər növ xidmətlər göstərilir.


Shabby сhic
“Shabby сhic” üslubu keçən əsrin 80-ci illərində ingiltərəli dizayner Reyçl Eşvil tərəfindən yaradılıb və bu günə qədər öz aktuallığını qoruyub saxlamaqdadır.

Bu üsluba aid olan mebel və interyerdə istifadə olunan dekorlar köhnəlmiş mebellərin redizaynının (yenilənməsinin) nəticəsində yaranır.

“Shabby chic” üslubunu evinizə gətirmək üçün vacib nüanslardan biri düzgün rəng seçimidir. Rənglər incə və pastel tonlarda olmalıdır. Bu tonlar açıq mavi, çəhrayi, fil dişi və qar ağlığı rəngləri ola bilər.

Döşəmə örtüyü kimi, açıq tonda olan təbii taxta və ya parket lövhələri də istifadə oluna bilər.

Tavanı ağardıb, əyri hissələrə toxunmamaq daha məsləhətlidir. (Bu, “Shabby chic” üslubunun özəlliyi və təbiiliyini vurğulayır.)
Bu üslubda divarları ağ və ya yuxarda qeyd olunan rənglərdən birinə boyamaq və ya gül motivli divar kağızlarından (düzgün) istifadə etmək olar.


Loft
“Loft” kəlməsi ingilis dilindən tərcümədə “çardaq”, “mansard”, “qalereya” deməkdir. “Loft” üslubunun yaranışı Manhettenin fabrik rayonlarından başlayıb. Bu, təxminən keçən əsrin 40-cı illərinə təsadüf edir.

Ağır dönəm yaşayan insanlar öz evlərini qoyub, şəhərdən kənar yerlərdə məskunlaşdıqları zaman boş qalmış mənzillər çox ucuz qiymətə satılmağa başlayır. Bu hadisədən Nyu-York bohemləri istifadə edib, sözügedən evləri gənc rəssamlar və musiqiçilər tərəfindən sərgi zalları edərək yeni üslubun yaranışının əsasını qoydular.

50-ci illərin sonunda bu mənzillərin qiymətləri yer, genişlik və urbanik şarma görə tədricən qalxmağa başlayır. Belə olduqda, ABŞ-dan sonra avropa ölkələrinə də toxunan böhran zavod və fabriklərin, sərgi zallarının boşaldılmasına, şəhərdən kənar yerlərə köçürülmələrinə səbəb oldu. Həmin mənzillər sərgi zallarından, zavod və fabriklərdən yaşayış obyektlərinə çevrildi.

İnteryerdə “Loft”, həqiqətən də, ilk baxışdan sex və emalatxananı xatırladır. “Loft” – böyük və açıq sahədir. “Loft” üslubuna müraciət etdikdə, obyektin işıqlılığı və sahənin yetərincə böyük olması kimi spesifik  nüansları nəzərə almaq vacibdir. Ən vacib nüanslar:
  • Obyektlərin yetərincə işıqlı olması;
  • Sahənin genişliyi;
  • Divarların kobud beton örtüyü və kərpiclə işlənilməsi;
  • Açıq rəng tonları;
  • Kamin və odun motivləri;
  • Pilləkən; tavanları hündür olan bir mərtəbəni, sahə olaraq, pilləkənlə bölmək arzuolunandır. Material olaraq dəmir və ya digər metal seçilə bilər.
  • Çoxfunksiyalı mebel; müasir mebellə keçmiş əsrdə dəbdə olan mebellərin qarışığını bu üsluba uyğunlaşdırmaq ən doğru seçimdir.

Klassika
“Klassik üslub” (Classic style) – Qədim Yunan və Roma memarlıq prinsiplərinə əsaslanan, təxminən eramızdan əvvəl V əsrdən eramızın III əsrinə qədər istifadə edilən memarlıq üslubu olmuşdur.

“Klassik üslub”un ən bariz nümunələri “nizamlılıq”, “simmetriya”, “həndəsilik”, “proporsional bölünmə” və “perspektiv” prinsiplərini özündə canlandıran böyük dini məbədlərdir. İntibah dövründən “modernizm”in kəşfinə qədər “Klassik üslub” Qərbdə bu və ya digər mənada özünü büruzə vermişdir.

“Romanesk”, “Qotik”, “Barokko” və digər memarlıq üslublarında “Klassik üslub”un bir və ya bir neçə xüsusiyyətlərini görmək mümkündür. Bu üslubun əsas göstəriciləri proporsional şəkildə yerləşən nəhəng sütunlar və sütunların ornamentləridir (Doric, Ionic, Corinthian).

Ümumilikdə, proporsiya, simmetriya və ayrı-ayrı hissəciklərin tikinti layihəsi ilə münasibəti “Klassik üslub”u xarakterizə edən faktorlardır.


Neoklassika
“Neoklassik üslub” (Neoclassicism) – Barokko və Rokoko üslublarına cavab olaraq XVIII əsrin ortalarında Fransada ortaya çıxan bu üslubun memarları zadəganlılıq və əzəmətlilik prinsiplərini yenidən memarlığa qaytarmaq istəyirdilər.

XVIII əsrdə arxeologiya və antikvarizmə böyük maraq yaranmışdır. Xüsusilə, Pompey, Herkulaneum, digər qədim yunan şəhər və yaşayış məskənlərində aparılan qazıntıların nəticəsində üslubun ortaya çıxması bu prosesi daha da gücləndirdi.

Sadə həndəsilik, boş divarlar, sütunlardan geniş istifadə, əzəmətlilik və genişlik bu üslubun əsas xarakterik xüsusiyyətlərindəndir.

Neoklassik üslub Avropa, Amerika və bir çox digər yerdə güc, ağıl və cazibənin əlaməti kimi qəbul edilirdi. Bu üslubun ən çox işləndiyi yerlərdən biri də ali məhkəmə binaları olmuşdur.


Modern
“Modern üslub” – XIX əsrin sonu, XX əsrin əvvəlində Almaniyada Bauhaus məktəbi, Fransada memar Le Korbusye, ABŞ-da memar Frenk Loyd Raytla başlayaraq yayılmışdır.

Texnologiyadakı son yeniliklər, mühəndislik və tikinti materiallarındakı keyfiyyət artımı ilə tarixi memarlıq üslublarından qaçma arzusu birləşərək sonda tamamilə funksional və yeni bir üslub olan “Modern üslubu”nun əsasını qoymuşdur.

Beton, dəmir və şüşə bu üslubda ən çox istifadə edilən materiallardandır. Üslubun xarakterik xüsusiyyətləri, onun minimalist, lazımsız detallardan arınmış və qeyri-dekorativ olmasıdır.


Minimalizm
“Minimalizm”in birinci növü yüksək texnoloji üslubdur. Bu üslubda əsas materiallar plastik və metaldır; istiqamət, parlaq mebel və parlaq səthlərdən istifadə etmək istəyi var. Əsas prinsip lakonizm və erqonomikadır. “Minimalist üslub”da dizayn edilmiş bir otaq üçün aşağıdakı detallar xarakterikdir:
  • Həndəsi, qrafik forma və xətlər;
  • Asketik və ciddi rəng palitrası;
  • Qatı səthlər;
  • Dizaynda təbii materiallardan istifadə;
  • Mümkün qədər çox yer boşaltmaq istəyi;
  • Təbii və süni işıqlandırmanın gurluğu;
  • Bir neçə otağın birlikdə birləşdirilməsi;
  • Kəsiklərin leyhinə kütləvi və ağır pərdələrdən imtina;
  • Dekorun minimallaşdırılması və ya ümumiyyətlə, olmaması.

İndividual qiymət təklifinə ehtiyacınız var?
Bir kliklə WhatsApp üzərindən qiymət təklifi alın

Qiymət təklifi al

© 2022 Karabakh Group LLC

Bütün hüquqları qorunur. Saytda istifadə olunan dizayn, o cümlədən yazılar, şəkillər və videolar Karabakh Group LLC şirkətinin yazılı icazəsi olmadan və istinad verilmədən paylaşılması qadağandır. Müəllif hüquqları müvafiq qanunvericiliyə əsasən qorunur. Saytın hazırlanması - OKmedia